IQNA

İraqda Qurani Kərim əlyazmaları sərgisi təşkil olunub

20:57 - November 28, 2010
Xəbər sayı: 2039137
Beynəlxalq şöbə: Noyabrın 27-də İraqın Nəcəf şəhərində “İmran bin Şahin” məscidində Quran Kərim əlyazma nüsxələri sərgisi öz işinə başlayıb.
İQNA Quran agentliyi İraq mətbuatına istinadən məlumat verir ki, sərgi İmam Əli (ə) hərəminin şimalında yerləşən İmran bin Şahin məscidində təşkil olunub və dekabrın 3-dək davam edəcək.
Sərgidə həzrət Əli (ə) əlyazması hesab olunan Quran, Abbasilər dövrünün tanınmış xəttatı Yaqut Əl-Mustəsmanın əlyazma Quranı da sərgilənir. Sərgidə sərgilənən Quran nüsxələri misilsiz və nadir əlyazmalardır. Quran Kərim əlyazma nüsxələri sərgisi ilk dəfədir ki, İraqda təşkil olunur. 703200
captcha