IQNA

İordaniyada “Fələstin filmləri” həftəsi keçirilib

22:49 - November 30, 2010
Xəbər sayı: 2040530
Mədəniyyət və incəsənət şöbəsi: İordaniyanın Zərqa şəhərində “Qələm ailəsi” mədəniyyət kulubunda İsrail cinayətlərini film vasitəsi ilə ekranlaşdırmaq məqsədi ilə “Fələstin filmləri” həftəsi keçirilib.
İQNA Quran agentliyi “Əl-dəstur” qəzetinə istinadən məlumat verir ki, Zərqa İordaniyanın mədəniyyət şəhəri münasibəti ilə keçirilən Fələstin filimləri həftəsində ötən gün “Tomas Herendalın ölümü” adlı film ekranlaşdırılıb.
Filim Britaniyalı fotoqraf Tomas Herendalın İsrail əsgərləri tərəfindən 2003-cü ildə öldürülməsi hadisəsini işıqlandırır. Herendal işğalçı sionistlərin gülləsi altından iki Fələstinli uşağı nicat verən zaman şəhid olub.
Film sionist rejiminin sülh fəalları, Fələstini dəstəkləyənləri, jurnalistlər, dinc sakinlər və uşaqları güllələməsini tənqid edir və bu rejimin həqiqətləri gizlətməyə çalışmasını nümayiş edir. Tomas filmdə sionist rejiminin Qəzzədə cinayətlərini öz fotoaparatı ilə göstərməyə çalışır. 704487
captcha