İQNA Quran agentliyi İslami əlaqələr və mədəniyyət təşkilatına istinadən məlumat verir ki, kitab “M-Haditk” nəşriyyatı tərəfindən çap olunub. Kitabda yazılıb: Salam olsun Hüseyn bin Əli (ə)-a ki, az dostları ilə birlikdə özlərini yalandan müsəlmanların xəlifəsi adlandıran şəxslərin zülmü qarşısında qiyam elədi. İmam Hüseyn (ə) öz qiyamı ilə zülmə son qoymaq istəyirdi , O həzrət dostlarının az olması və silah-sursatının az olmasına baxmayaraq yenə də zalimlər qarşısında təslim olmadı. Kitab 103 səhifədir və 7 avroya satışa çıxarılıb. 704363