IQNA

Dindarlar Təhsil Nazirliyi qarşısında etiraz aksiyası keçirib

13:15 - December 06, 2010
Xəbər sayı: 2043167
Beynəlxalq şöbə: Azərbaycanın təhsil naziri Misir Mərdanovun şifahi olaraq hicaba qadağa qoyması artıq ölkədə geniş etirazlara səbəb olur.
İQNA Quran agentlyinin İslam-Azeri.az İnternet qəzetinə istinadən verdiyi məlumata əsasən, bu gün Hövsandan olan bir qrup hicablı şagird və onların valideynləri Azərbaycan Təhsil Nazirliyinin binasının qarşısına toplaşıblar.

Onlar müsəlman dövləti olan Azərbaycanda müsəlman qadınının ayrılmaz nişanəsi olan hicaba təhsil müəssisələrində qadağa qoyulmasını kəskin surətdə pisləyiblər və Konstitusiyada qeyd olunan huquqlarının təmin edilməsini tələb ediblər.
Ümumilikdə aksiyada təqribən 50-60 nəfər iştirak edib. Etirazçıların nümayəndələri Təhsil Nazirliyinin rəsmisi təfindən qəbul ediliblər.

captcha