İQNA Quran agentliyi Bernama xəbər saytına istinadən məlumat verir ki, Maleziya İslami İnkişaf Təşkilatının baş katibi (JAKİM) Məhəmməd Şeyx Əbdüləziz bildirib ki, yeni istifadəyə verilmiş televiziya kanalı hazırkı əsrdə insanların ehtiyaclarını təmin etmək və İslamın təbliği üçün fəaliyyət göstərəcək.
O deyib ki, JAKİM televiziya kanalının təsis olunmasını üzərinə götürüb və ümid edir ki, İslam təbliğçiləri və müsəlman sənət adamlarının köməyi ilə Hİcrət kanalı regionda İslamın təbliği üçün müvəffəqiyyət qazanacaq.
Əbdüləzizin sözlərinə görə, Hİcrət kanalı islamın təbliği üçün dünyada təsir edici bir kanal olacaq.
Hicrət kanalı noyabrın əvvəlindən sınaq üçün istifadəyə verilmişdi. Bİr ay müddətinə hər həftənin birinci və dördüncü günləri ərzində saat 15-dən gecə yarısına kimi , cümə, şənbə və bazar günləri günortadan gecə yarısına kimi verlişlər yayımlayırdı. Bu kanal rəsmi şəkildə dekabrın 7-də istifadəyə verilib. Hicrət kanalı uşaqlar, yeniyetmələr və gənclər üçün verlişlər yayımlayacaq. Kanalın verlişləri Maleziyanın 5 əyalətində yayımlanacaq.
Kanalın verlişlərinin 60 faizi ölkə daxilində istehsal olunur və digər proqramlar isə İran İslam Respublikası, İndoneziya, Türkiyə və Hollandiya ölkələrinin istehsal etdiyi verlişlər olacaq. 708220