İQNA Quran agentliyi “Liverpool-Shia” saytına istinadən məlumat verir ki, əzadarlıq məclisləri dekabr ayının 16-dək davam edəcək. Mərasimlər hər gecə saat 19-dan 21:30-dək təşkil olunacaq.
Mərasimdə ilk öncə camaat namazı qılınacaq, höccətül-islam Vahizi çıxış edəcək və İmam Hüseyn (ə) əzadarlıq mərsiyyələri oxunacaq. Əzadarlıq məclisləri Liverpool şəhərinin Tovhid mərkəzində də dekabrın 10-16-dək təşkil olunacaq. Dekabrın 16-da Liverpool şəhərinin Tovhid Mərkəzində saat 11-dən 14-dək “Aşura günortası” adlı xüsusi əzadarlıq məclisi təşkil olunacaq. 708091