IQNA

Nyu-Yorkda İmam Hüseyn (ə) əzadarlıq məclisləri təşkil olunacaq

8:56 - December 09, 2010
Xəbər sayı: 2044935
Beynəlxalq şöbə: Nyu - York müsəlmanları dekabrın7-dən ən möhtəşəm yerlərin birində"Park 51"-də İmam Hüseynnin (ə) şəhadəti ilə əlaqədar məhərrəm ayının ilk on gününü matəm mərasimi keçirəcəklər.
IQNA Quran agentliyinin "Park 51" xəbər saytına istinadən verdiyi məlumata əsasən, əzadarlıq məclislərində Nyu-Yorkda yaşayan digər dinlərin, məzhəblərin də nümayəndələrinin iştirakı gözlənilir.

Əzadarlıqla yanaşı mərasimdə əhəmiyyətli olan digər dini məsələlər barədə də danışılacaq. Mərasimdə məşhur xətib və yazıçı Dr. Seyid Məsum Ubeydi çıxış edəcək. Dr. Seyid Məsum Ubeydi indiyə qədər İran, İraq, pakistan, Hindistan, İngiltərə, Şimali Amerika və s. ölkələrdə beynəlxalq sülh və digər mövzularda çıxışlar edib.
Qeyd edək ki, əzadarlıq məclisləri hər məhərrəm ayının ilk on günü yerli vaxtla saat 18:30-dan 20:30-dək təşkil olunacaq. 708417

captcha