IQNA

İspaniyada “İslam və Avropa dəyərləri” adlı beynəlxalq konfrans keçiriləcək

0:16 - December 15, 2010
Xəbər sayı: 2048160
Beynəlxalq şöbə: İspaniyanın Barcelone şəhərində dekabrın 17-18-də “İslam və Avropa dəyərləri” adlı beynəlxalq konfrans keçiriləcək.
İQNA Quran agentliyi “atlasinfo” saytına istinadən məlumat verir ki, konfrans Avropada yaşayan Mərakeşli müsəlman alimlər şurasının təşəbbüsü ilə təşkil olunacaq. Konfransda Catalogne muxtar respublikasının rəsmiləri , müsəlmanlar, ziyalılar və alimlər iştirak edəcək.
Beynəlxalq konfransda İslamda mənəviyyat və mədəniyyət, dinlər arası əlaqələrdə müasir fiqh, Avropada müsəlmanlar və milli dəyərlər, islam dünyası və qərb dünyası arasındakı ixtilaflar kimi mövzular müzakirə olunacaq. Konfransda həmçinin müsəlmanların qərb cəmiyyətində rolu və onların Avropa ictimaiyyətindəki qanunlara diqqəti, Avropada əhalinin hüquqları və müsəlmanların əhali hüquqları kim mövzularda müzakirə olunacaq. 712439
captcha