İQNA Quran agentliyi İslami əlaqələr və mədəniyyət təşkilatına istinadən məlumat verir ki, əzadarlıq mərasimləri İranın Xartumdakı səfirliyinin, mədəniyyət mərkəzinin və İranın digər nümayəndiliklərinin işçilərinin iştirakı ilə hər gün şam namazından sonra təşkil olunur.
Əzadarlıq mərasimində İranın islami əlaqələr və mədəniyyət təşkilatının Afriqa və Ərəb ölkələri üzrə idarənin rəhbəri İbrahim Ənsari, İranın Sudandakə mədəniyyət müşaviri Mələkutitəbar xütbələr oxuyur.
Xətiblər Aşura qiyamının hədəfləri və bu qiyamın ibrətli dərsləri haqda söhbət edirlər. Xütbədən snra Əhli – Beyt (ə) üçün mərsiyələr və rozələr oxunur. Əzadarlıq məclisindən sonra İmam Hüseyn (ə) ehsan süfrələri ilə əzadarlara xidmət göstərilir. Qeyd edək ki, İranın mədəniyyət mərkəzinin köməyi ilə Sudanın 87regionunda əzadarlıq məclisləri təşkil olunur. 712450