IQNA

Fransada “Allah dərgahında ən yaxşı əməllər” adlı konfrans keçiriləcək

21:40 - December 18, 2010
Xəbər sayı: 2049245
Beynəlxalq şöbə: Fransanın Bondy şəhərində dekabrın 25-də “Allah dərgahında ən yaxı əməllər” adlı konfrans təşkil olunacaq.
İQNA Quran agentliyinin “umma-united” saytına istinadən məlumat verir ki, konfrans Fransanın paytaxtı Parisin ətrafında yerləşən Bondy şəhərinin müsəlmanları və Longjumeau müsəlmanlarının ictimai – mədəni mərkəzinin sədri Fərid Munirin iştirakı ilə keçiriləcək.
Konfransda Allah dərgahında bəndələrin vəzifəsi, Allah dərgahında necə ibadət etmək, yaxşı əməllər və onların Allah nəzdində yeri və digər mövzular müzakirə olunacaq.
Konfransda iştirak etmək sərbəstir və konfrans mövzusuna dair sullar cavablandırılacaq. 713641
captcha