IQNA

Bu gün Kəbə zəmzəm suyu ilə yuyulub

18:18 - December 21, 2010
Xəbər sayı: 2051244
Beynəlxalq şöbə: Allahın evi Kəbə bu gün (məhərrəm ayının 15) zəmzəm suyu və Kaşan gülabı ilə yuyulub.
İQNA Quran agentliyinin Muhit saytına istinadən məlumatına əsasən, Kəbənin yuyulma mərasimində Məkkənin əmiri Xalid Feysəl bin Əbdül-Əziz , Məscidul-Həram və Məscidul-Nəbi (s)- ın işləri üzrə sədri Saleh Əl-Həsin və Səuidyyə Ərəbistanda olan İslami ölkələrin diplomatik korpus nümayəndələri iştirak ediblər.
Mərasimdə Kəbənin divarları zəmzəm və gülabla yuyulub.
Qeyd edək ki, Allahın evi (Kəbə) hər il iki dəfə biri məhərrəm ayının 15-də və digəri Ramazan ayının əvvəlində yuyulur və Kəbənin pərdəsi hər il Zil-Hiccə ayında dəyişdirilir. 716088
captcha