IQNA

21:48 - December 25, 2010
Xəbər sayı: 2053054
Beynəlxalq şöbə: Xocəsən qəsəbəsinin beş nəfər sakini məktəblərdə hicaba etiraz etdiklərinə görə, günahsız yerə Binəqədi rayon 40 polis bölməsinə aparılıblar. Onlara on gün həb cəzası verilib.
İQNA Quran agentliyinin faktxeber.com xəbər saytına istinadən məlumatına əsasən, artıq bir aya yaxındır ölkə gündəmini məşğul edən qeyri-qanuni hicab qadağası ilə bağlı ölkənin müxtəlif bölgələrində etiraz tədbirləri keçirilib. İlk öncə paytaxt Bakıda Təhsil Nazirliyi qarşısında keçirilən aksiyaya daha sonra Cəlilabad, Masallı, Astara və Gəncədə keçirilən aksiyalar da əlavə olundu.

Srağagün isə adəti üzrə uşaqlarını məktəbdən götürməyə gedən Xocasən qəsəbəsinin sakinləri maraqlı hadisə ilə qarşılaşıblar. Belə ki, övladlarının oxuduğu 103 saylı məktəbin qarşısına gələn valideynlərə qəflətən polislər yaxınlaşıb və onlara "burada nə edirsiz" deyə sual veriblər. Valideynlər isə övladlarını götürməyə gəldiklərini bildiriblər. Polislər isə onlara məktəbin qarşısında aksiya keçirildiyi barədə məlumat daxil olduğunu bildiriblər.

Hadisədən bir gün sonra isə ölkənin aparıcı KİV-ləri bir qrup dindarın məktəbə hücum çəkməsi, pəncərəin sındırılması və məktəbi yandıracaqları ilə hədələməsi barədə məlimat yaydılar.

Bu gün sizə təqdim etdiyimiz reportajda isə Xocasən məktəbinin axundu Hacı Telman Əsədullayev belə bir aksiyanın keçirilmədiyini, heç kimi təhdid etmədiklərini və məktəbə heç bir xəsarət yetirmədiklərini bildirdi. 103 saylı məktəbin direktor müavini Vaqif müəllim də onun dediklərini təsdiq edərək məktəbin şüşəsinin kim tərəfindən sındırıldığını görmədiyini, həmçinin hansısa bir aksiyanın keçirilmədiyini təsdiqləyib. O həmçinin guya məktəbi yandıracaqları ilə bağlı yazılmış kağızın da dindarlar tərəfindən məktəbə atılması faktını təsdiqləmədi.

Amma bütün bunlara baxmayaraq, axşam saatlarında redaksiyamızın "Qaynar xətt"inə daxil olan məlumatda isə bildirildi ki, bu gün 5 nəfər qəsəbə sakini Binəqədi rayon 40 polis bölməsinə aparılıblar. Onlardan Yusif Əlikramoğlu və Hacıqulu Həşimov 10, Azər Sərcanov 11, adını dəqiqləşdirə bilmədiyimiz daha 2 nəfər isə 10 gün müddətinə azadlıqdan məhrum ediliblər.
Ad:
E-poçt:
* Comment:
* captcha: