IQNA

Azərbaycan MMDİB-nin sədri polisə aparılıb

12:43 - January 09, 2011
Xəbər sayı: 2061354
Siyai və İctimai şöbə: Hacı Zülfüqar Mikayılzadənin barəsində məhkəmə hökmünü öyrənmək məqsədilə Abşeron rayonunun Məhkəməsinin binası önündə gözləyən bir neçə dindar polis tərəfindən həbs edilib.
İqna Quran Xəbər Agentliyinin İlam-Azeri-yə istinadən verdiyi məlumata görə, Hacı Zülfüqar Mikayılzadənin barəsində məhkəmə hökmünü öyrənmək məqsədilə Abşeron rayonunun Məhkəməsinin binası önündə gözləyən bir neçə dindar polis tərəfindən həbs edilib.
Şahidlərin bildirdiyinə görə, polis tərəfindən saxlanılanlar arasında "Milli-Mənəvi Dəyərlər" İctimai Birliyinin sədri Hacı Mehdi Məmmədov da var.
Bununla bağlı İslam-Azeri.az İnternet qəzeti təşkilatın mətbuat xidmətinin rəhbəri Hacı Raminlə əlaqə saxlayıb.
O, hələlik bu xəbəri dəqiqləşdirdiyini və hazırda nə Hacı Mehdi ilə, nə də ki, onunla birlikdə olan taksi sürücüsü ilə əlaqə saxlaya bilmədiyini deyib.
Daxil olan məlumata görə, Hacı Mehdi Abşeron rayonunun polis idarəsinə aparılıb.
captcha