IQNA

Ayətullah Mərəşi Nəcəfi adına beynəlxalq simpozium təşkil ediləcək

22:43 - January 09, 2011
Xəbər sayı: 2061703
Beynəlxalq şöbə: Ayətullah Mərəşi Nəcəfi adına kitabxana Ayətullah Mərəşi Nəcəfi adına beynəlxalq simpoziumun yanvarın 12-də təşkil edilməsini xəbər verib.
İQNA Quran agentliyinin məlumatına əsasən, Hüccətil-İslam Mahmud Mərəşi Nəcəfi deyir: “Bu il Ayətullah Mərəşi Nəcəfinin vəfatının 21-ci il dönümüdür. Ümid edirəm ki, bu simpoziumun təşkil edilməsi böyük və dəyərli bir hərəkətin başlanğıcı olacaqdır. Bu simpozium Qum şəhərinin bələdiyyəsinin, mədəniyyət nazirliyinin həmkarlığı ilə təşkil ediləcəkdir.
Onun sözlərinə görə, simpozium təşkil edilməsi nəticəsində insanlar bu dahi insanla daha yaxından tanış olacaq və həyat tərzindən agah olacaqlar. “Bu cür simpoziumları təşkil etməklə insanları, xüsusilə də cavanları o, insanın şəxsiyyəti, ictimai, siyasi, məzhəbi, elmi həyatı ilə tanış etmək olar. Bu məsələ dini əlaqənin artmasına da kömək edir”,-deyə Nəcəfi deyib.
Qyed edək ki, simpoziumda görkəmli kiatbxanaçılara, yazıçılara dəyərli hədiyyələr təqdim ediləcəkdir. Bu simpoziumla yanaşı, Ayətullah Mərəşi Nəcəfinin əsərlərindən təşkil edilmiş sərgi də maraqlananların nümayişinə təqdim ediləcək.. O, böyük alimin cavanlıq şəkilləri və albomları çap ediləcək və bu şəkillər də nümayişə qoyulacaqdır. 717388
captcha