İQNA Quran agentliyi “İslam Today” saytına istinadən məlumat verir ki, Strasburq şəhər icra başçısının dini işlər üzrə müavini Oliver Bitez deyib ki, müsəlmanlar məscid olmadığı üçün xiyabanda və digər məkanlarda namaz qılırlar, bu problemi həll etmək məqsədi ilə bu iki məscid tikilcək.
Tikiləcək məscidlərin biri 600-800 nəfərlik məsciddir. Həmin məscid 10 hektar ərazidə 2,24 milyon avro maliyyə vəsaiti hesabına tikilcək. Məscidin minarəsi də olacaq.
İkinci məscdin zərfiyyəti o birisindən az olacaq. Həmin məscidin tikintisinə 847 min avro vəsait ayrılıb. Məscid 4,5 hektar ərazidə tikilcək. Strasburq şəhəri icra başçılığı bu iki məscidin tikilməsi üçün ümumilikdə 300 min avro vəsait ayıracaq. 733437