İQNA Quran agentliyinin İslami Əlaqələr və Mədəniyyət Təşkilatına istinadən məlumat verir ki, seminarın təşkilindən məqsəd İranın bugünki ədəbiyyatını tanıtmaq və araşdırmaqdır.
Seminarda İranın dastan ədəbiyyatı, uşaq ədəbiyyatı, dini ədəbiyyatı və xatirə yazmaq üzrə ədəbiyyat araşdırılır. Seminarda İran və Türkiyədən yazıçılar, şairlər və müəllimlər iştirak edəcək.
Qeyd edək ki, seminar İranın Ankaradakı mədəniyyət mərkəzinin təşəbbüsü ilə və Ankara universitetinin tarixi coğrafiya və dillər fakültəsi və Milli kitabxanasının dəstəyi ilə təşkil olunur. 737870