IQNA

Hicab qadağası universitetlərə ayaq açır

14:15 - January 31, 2011
Xəbər sayı: 2073319
Siyasi və ictimai şöbə: Azərbaycanda orta məktəblərdə hicabın qadağan olunmasına etirazlar davam etdiyi bir zamanda Azərbaycan Təhsil Şurasının sədri Əjdər Ağayev Universitetlərdə də hicabın qadğan olunacağını deyib.
İQNA Quran agentliyinin məlumatına əsasən, Agayev deyib ki, niversitetlərdə də hicab qadağası ilə yanaşı olan vahid geyim forması tətbiq ediləcək. "Azərbaycan hökuməti Ali Təhsil haqqında qanun təsdiqləyib. Bu qanuna əsasən, vahid geyim forması hər bir universitetin daxili nizamnaməsinə əsasən tənzimlənəcək və icra olunacaq",-deyə Agayev deyib.
Iki aya yaxındır ki, minlərlə hicablı məktəbli vahid geyim formasının tətbiqi ilə əlaqədar məktəbdə dərs oxumaqdan məhrum olunub. Ekspertlər hesab edir ki, vahid geyim formasının universitetlərdə də tətbiq olunması Azərbaycanda islam qarşı siyasətinin inkişaf etməsinin göstəricisidir. 738676
captcha