IQNA

Sionist Rejimi Heyfa məscidinin işğal olunması layihəsinini təsdiqləyib!

22:24 - February 02, 2011
Xəbər sayı: 2074497
Beynəlxalq şöbə: Sionist Rejimi Yəhudi yaşayış məskənləri tikmək məqsədi ilə Heyfa şəhərinin “İstiqbal” məscininin bir hissəsini işğal etmək layihəsini təsdiqləyib.
İQNA Quran agentliyi “Palestine Info” saytına istinadən məlumat verir ki, Heyfa şəhərinin işğalçı sionistli icra başçısı bu layihəni təsdiqləməklə məscidin bir hissəsini tikinti işləri aparmaq üçün qəsb etmək niyyətindədir.
Məscidin idarə heyətinin üzvləri bəyanat yayaraq elan edib ki, islami abidələrin işğal edilməsi təkcə dini deyil həm də milli əhəmiyyətli bir məsələdir. Heyfa şəhərində yaşayan bütün Fələstinlilərin yaşayış tərzi və mənafeyinə təsir göstərir. Bəyanat sionist rejiminin işğalçılıq siyasəti ilə mübarizədə Fələstinliləri birləşməyə çağırıb. 740413
captcha