IQNA

Belçikada İslami elmlər üzrə təhsil kursları təşkil olunacaq

22:19 - February 09, 2011
Xəbər sayı: 2078609
Beynəlxalq şöbə: Belçika islami-mədəniyyət mərkəzində fevralın 14-dən islami elmlər üzrə təhsil kursları təşkil olunacaq.
İQNA Quran agentliyi “centreislamique.be” saytına istinadən məlumat verir ki, kurslarda Quran öyrənilməsi, fiqh, əxlaq və Peyəmbərin (s) sirəsi və digər sahələrdə təşkil olunacaq. Kurslar təcrübəli müəllimlər tərəfindən təşkil olunacaq.
Dərslər həftədə iki gün bazar ertəsi və çərşənbə günləri keçiriləcək. Belçika müsəlmanları kurslarda iştirak etmək üçün bazar ertəsi –cümə axşamı günləri saat 10-dan 15-dək, cümə və şənbə günləri isə 10-dan 12-dək mərkəzə müraciət edə bilərlər. 743785
captcha