IQNA

Birləşmiş Ərəb Əmirliklərində Quran müsabiqəsi təşkil olunacaq

14:09 - February 12, 2011
Xəbər sayı: 2079491
Beynəlxalq şöbə: Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ)“Rəsul-Xeymə” mükafatı uğrunda XI dövr Quran müsabiqəsi fevralın 15-24-dək təşkil olunacaq.
İQNA Quran agentliyinin BƏƏ-nin “Vam” rəsmi xəbər saytına istinadən məlumatına əsasən, Quran müsabiqəsinin təşkilatçı komitəsinin sədri Sultan bin Kayid Əl-Qasimi bildirib ki, bu dövr müsabiqədə Quranın 20 , 10, 5 cüzünün əzbər oxunması, Quranın hamısının əzbər oxunması və Quranın tilavəti üzrə yarışlar təşkil olunacaq.
O əlavə edib ki, müsabiqəyə qatılmaq üçün 176 qari və hafiz ad yazdırıb. Onlardan 99 nəfəri kişi, 77 nəfər isə qadındır.
Müsabiqə çərçivəsində müxtəlif müsəlman ölkələrindən olan alim və ziyalıların çıxışları olacaq. Müsabiqənin bağlanış mərasimi fevralın 24-də keçiriləcək. 746252
captcha