İQNA Quran agentliyinin İslami Əlaqələr və Mədəniyyət Təşkilatına istinadən məlumatına əsasən, İran İslam İnqilabının 32 –ci il dönümü münasibəti ilə fevralın 14-də Pkistanın İslamabadda yeləşən Milli İncəsənət sərgilər mərkəzində (PNCA) İranın mədəniyyət həftəsi mərasimlərinin açılış mərasimi keçirilib.
Mədəniyyət həftəsi çərçivəsində xəttatlıq, minyatür, rəsm, ağac üzərində oyma işləri sərgisi təşkil olunacaq, İran Filmləri günləri göstəriləcək və Təvaşih qrupları müxtəlif proqramlar icra edəcəklər. 747523