IQNA

ABŞ-ın Virciniya ştatında Quran müsabiqəsi keçiriləcək

21:29 - February 19, 2011
Xəbər sayı: 2083481
Beynəlxalq şöbə: ABŞ-ın Virciniya ştatının Riçmond şəhərində “Virciniya İslami Mərkəzində” (CVQC) martın 12-də Quranı əzbər oxuma müsabiqəsi keçiriləcək
İQNA Quran agentliyinin Virciniya İslami Mərkəzinin saytına istinadən məlumat verir ki,, müsabiqə bu ştatdakı müsəlmanları Quranın hifz etməyə və qiraət etməyə marağını artırmaq məqsədi ilə keçiriləcək. Müsabiqə böyüklər və yeniyetmələr üçün təşkil olunacaq.
Böyüklər üçün olan müsabiqədə yarışmaçılar Quranın Təkasur surəsindən Nas surəsinə kimi, İnşirah surəsindən Nas surəsinə kimi, Fəcr surəsindən Nas surəsinə kimi, 30-cu cüz, 29 və 30-cu cüzlər və Quranın 5 cüzünü əzbər oxunması üzrə yarışacaqlar.
Müsabiqə iştirakçılarının ayələri əzbər oxuması və təcvid qaydalarına riayət etməsi hakimlər tərəfindən dəyərləndiriləcək. Müsabiqənin qaliblərinin adları martın 19-da açıqlanacaq və qaliblərə mükafatlar təqdim olunacaq. 750268
captcha