IQNA

Azərbaycan dini məsələlərə diqqətlidir – QMİ sədri

0:17 - February 24, 2011
Xəbər sayı: 2085620
Siyasi və ictimai şöbə: Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri Allahşükür Paşazadə ötən gün İslam Peyğəmbəri (s) mövludu münasibəti lə Bakıda keçirilən tədbirdə bildirib ki, Azərbaycan dövləti dini məsələlərə diqqət və qayğıkeşdir.
İQNA Quran agentliyinin məlumatına əsasən, "Bəzi qüvvələr var ki, dövlətin dinə qayğısına qiymət verə bilmir", - Paşazadə bildirib.
Paşazadə həzrəti Məhəmmədin şəxsiyyəti, əxlaqı, onun İslam dininin yayılmasındakı rolu barədə geniş məlumat verib və deyib ki, İslam Peyğəmbəri (s) İslam dinini yaymaq yolunda çoxlu çətinliklərlə üzləşib.
Sovet İttifaqı dövründə müsəlmanların qarşılaşdıqları problemlərə toxunan Paşazadə müstəqillik əldə edildikdən sonra müsəlmanlar üçün yaradılan şərait və imkanlar barədə danışıb.
O, bildirib ki, o dövrdə Azəbaycanda 18 məscid fəaliyyət göstərirdisə, bu gün ölkədəki məscidlərin sayı 1800-dən artıqdır.752542
captcha