Beynəlxalq şöbə: İslam Konfransı Təşkilatının baş katibi İkmaləddin İhsanoğlu Misir, Yəmən və Liviyada son günlərdə baş vermiş hadisələr münasibət bildirib. O bu ölkələrdə baş verən hadisələrdən narahat olduğunu dilə gətirib və bu ölkə rəhbərlərini əhali ilə dinc davranmağa çağırıb.
İQNA Quran agentliyinin “Bernama” agentliyinə istinadən məlumatına əsasən, İKT baş katibi bəyanat yayaraq müsəlman ölkələrdə insanların öldürülməsini pisləyib.
“Bəhreyn, Liviya, Yəmən, Tunis və Misirdə əhali hökumətə qarşı etirazlar edir. Hökumətlər əhali ilə dinc davranmalıdır”,-deyə bəyanatda deyilir.
O əlavə edib ki, əhali ədalətli hökumət istəyir, qanunların icrasını, insan haqlarının qorunmasını istəyirlər. İslami ölkələr əcnəbilərin müdaxiləsi olmadan da öz problemlərini həll edə biləər və inkişaf etmiş gələcəyə qədəm qoya bilərlər. 752460