İQNA Quran agentliyinin Bəhreynin rəsmi xəbər agentliyinə istinadən məlumatına əsasən, Bəhreynin kralı Həməd bin İsa Al Xəlifə həbs olmuş məhbusların azadlığa buraxılması əmri verib və onlara qarşı açılmış cinayət işinin bağlanmasına göstəriş verib.
Əl-Vifaq Şiə Cəmiyyətinin nümayəndəsi Əbdül-Cəlil Xəlil İbrahim bildirib ki, ehtimal olunur ki, bu fərmana əsasən, Bəhreyn rejiminə müxalif olan 25 siyasi şiə fəal azadlığa buraxılacaq. O əlavə edib ki, siyasi məhbusların azadlığa buraxılması danışıqlar aparmaq üçün müxaliflərin istəklərindən biridir. 752493