İQNA Quran agentliyinin məlumatına əsasən, Vəli Əhməd Hindistanın Bihar əyalətində dünyaya göz açıb. O Siharnpur əyalətində “Camiə Fəllah Darin” məktəbində Quranı əzbərləməklə məşğul olub. O fevralın 23-də Quranın 114 surəsinin hamısını əzbərləməyə müvəffəq olub.
Məktəbin direktoru Məhəmməd Şahid Məzahiri bu haqda bildirib ki, Əhməd 5 saat müəllimlərə imtahan verib və Quranın bütün surələrini əzbərlədiyini sübut edib. O əlavə edib ki, ötən il də bu məktəbdən Sərtac Aləm adlı yeni yetmə Quranın bütün surələrini əzbərləmişdi.
Məzahirinin sözlərinə görə, hər il “Camiə Fəllah Darin” məktəbində təcvid qaydalarını riayət etməklə Quran əzbər oxuma proqramı həyata keçirilir. 753101