IQNA

Tehran Universitetində Ərəb ölkələrində islami oyanış mövzusunda konfrans keçirilib

22:44 - February 27, 2011
Xəbər sayı: 2087501
Siyasi şöbə: Ərəb ölkələrində İslami oyanış mövzusunda konfrans fevralın 27-də müxtəlif ölkələrdən müsəlman ekspertlərin iştirakı ilə Tehran Universitetinin dünya araşdırmalar fakültəsində keçirilib.
İQNA Quran agentliyinin məlumatına əsasən, konfransda həmçinin İranın xarici işlər nazirliyinin ekspertləri iştirak ediblər.
Konfransda Yaxın Şərqdə İslam və Qərb mədəniyyəti, Ərəb ölkələrində İslami oyanışın səbəbləri, İslami hərəkatlar və Ərəb ölkələrində baş verən dəyişikliklər, təhlükələr və çevrilişlərin İranın təhlükəsizliyinə təsiri, “Müsəlman Qardaşlar”ı təşkilatının Misirdən sonra müsəlman ölkələrində baş verən hadisələrində rolu araşdırılıb. 754286
captcha