IQNA

Fələstində çapında səhv buraxılmış Quranlar müsadirə olunub

23:12 - March 01, 2011
Xəbər sayı: 2088824
Beynəlxalq şöbə: Fələstin və Qüdsün müftisi Şeyx Məhəmməd Hüseyn çapında və səhifələnməsində səhv buraxılmış iki Quran növü müsadirə olunub və həmin növ Quranların yayımını qadağan elan edib.
İQNA Quran agentliyinin “Əl-Kövsər” saytına istinadən məlumatına əsasən, mufti bəyanat yayaraq bildirib ki, Misirin Mənsurə şəhərinin “Əl-İman” nəşriyyatı tərəfindən çap olunmuş Quran və ikincisi yenə də Misirin “Əl-Səndəs” nəşriyyatı tərəfindən çap olmuş Qurandır.
Məlumatda bildirilir ki, Əl-İman nəşriyatının çap etdiyi Quranın 64-cü səhifəsindən 95-ci səhifəsinə kimi yoxdur və naqisdir. Əl- Səndəs nəşriyyatının çap etdiyi Quran isə 299-dan 329-cu səhifələri tərtiblə bir-birinin ardıcıllığı ilə yığılmayıb.
Fələstin müftisi Quran çapında nəşriyyatçıları diqqətli olmağa çağırıb. 755814
captcha