İQNA Quran agentliyinin “arabic.china.org.cn” saytına istinadən məlumatına əsasən, 2008 –ci ildə Çinin müsəlmanlar yaşayan Dung Şiyang regionunda kəşf olmuş 1000 illik əl yazma Quran tapılıb.
Ven Bi deyib ki, Dung Şiyang regionu üzrə məclis hökumətin dəstəyi ilə bu əlyazma Quranı saxlamaq üçün xüsusi muzey istifadəyə verəcək. “Bu əlyazma Quran 536 səhifədir və 2008-ci ildə aparılmış araşdırmalara görə miladi tarixi ilə 9-11-ci əsrlər arasındakı dövrdə yazılmış bu dəyərli tapıntı ən qədim əlyazma Qurandır.
Çin hökuməti ABŞ, Britaniya və Yaponiyada dəvət olunmuş arxeoloqları əlyazma Quranın tarixini müəyyən edib və onun saxlanılması üçün lazimi olan işlərin görülməsini istəyib.759906