İQNA Quran agentliyinin “Əl-sumal əl yəvm” saytına istinadən məlumatına əsasən, Ömər Əl-Faruqun Quran təfsiri Afriqa ölkələrində və Somalidə müsəlmanlar arasında sevilən təfsirlərdən olub.
əl-Faruq 1940-cı ildə Somalinin qərbində Ərmalə kəndində dünyaya göz açıb. Onun atası ölkəsinin tanınmış dini alimlərindən olub və dindar və məzhəbi ailə olub. Faruq 6 yaşında ata və anasını itirir. O 12 yaşında Quranı əzbər oxuyurdu. əl-Faruq Somali paytaxtı Moqadişoda “İslami Birlik” təhsil müəssisəində ilk təhsilini alıb, daha sonra Mədinə şəhərinin İslam Universitetinə qəbul olub. Onun bir sıra təlif etdiyi kitablar var ki, onların içərisində Quranın təfsiri daha çox məşhurlaşıb. 760696