İQNA Quran agentliyinin “Haveeru” saytına istinadən məlumat verir ki, İslami bankın açılış mərasimində Maldiv Adaları dövlətinin prezidenti Məhəmməd Nəşiddə iştirak edib.
Maldiv Adaları İslami Bankın direktoru Haris Harun bildirib ki, Maldiv Adalarında İslami bankın xidmətlərinə ehtiyacın olduğunu nəzərə alaraq biz bu bankı təsis etdik.
Qeyd edək ki, Maldiv Adaları İslami bankı Malazya İslami Bankının (IBFIM) dəstəyi ilə təsis olunub. Gələn ilə kimi bu bankın Maldiv Adaları maliyyə bazarında 25 faiz pay olacağı proqnozlaşdırılır. Maldiv Adalarında 330 min müsəlman yaşayrı. 760425