IQNA

Səudiyyə Ərəbistanın şərqində şiələr etiraz mitiqləri keçirir

20:26 - March 12, 2011
Xəbər sayı: 2094464
Beynəlxalq şöbə: Səudiyyə Ərəbistanın müxtəlif şəhərlərində martın 11-dən minlərlə insan siyasi islahat və azadlıq istəyi ilə küçələrdə etiraz mitinqləri keçirib.
İQNA Quran agentliyinin RASİD xəbər kanalına istinadən məlumat verir ki, Səudiyyə Ərəbistanın Əl-Şərqiyyə regionunda (şiələr yaşayn region) müxtəlif şəhərlərdə martın 11-də geniş formada etiraz mitinqləri keçirilib. Mitinqlər geclü təhlükəsizlik tədbirləri şəraitində keçirilib.
Mitinqlər Əl-Ehsa əyalətinin Əl-Hufuf şəhərində minlərlə insanın iştirakı ilə başlayıb. Mitiqdə iştirak edənlər 16 il öncə ABŞ bazasında baş vermiş partlayışı törətməkdə ittiham olunun və heç bir mühakiməsiz həbs olunan şəxslərin azadlığa buraxılmasını istəyiblər.
Polis mitinq iştirakçılarına atəş açıb bir nəfər yaralanıb , 19 nəfər həbs olunub. Səudiyyə Ərəbistanın Vam-ul Himam əyalətinin Əl-Əvamiyyə, Səfəviq, Qətif şəhərlərində də ötən gün minlərlə kişi və qadın hökumətin yürütdüyü siyasətlərə etiraz ediblər. 761871
captcha