IQNA

Britaniyada İranın mədəniyyət həftəsi keçirilir

21:36 - March 12, 2011
Xəbər sayı: 2094485
Mədəniyyət və incəsənət şöbəsi: Britaniyada İran İslam Respublikasının mədəniyyət həftəsi keçirilir.

İQNA Quran agentliyinin İslami Əlaqələr və Mədəniyyət Təşkilatına istinadən məlumat verir ki, mədəniyyət həftəsinə martın 7-də start verilib. Mədəniyyət həftəsinin keçirilməsi münasibəti ile keçirilən açılış mərasimində Britaniya parlamentinin nümayəndələri, Lordlar məclisinin üzvləri, icra başçıları, universitet tələbələri, mədəniyyət xadimləri iştirak ediblər.
Mədəniyyət həftəsi çərçivəsində Britaniyanın Loster şəhərində sərgi təşkil olunub. Sərgidə foto, İran memarlığı, əl işləri, kitab, xəttatlıq, rəsm və miniature sənəti işləri sərgilənib. Həmçinin iran filmləri nümayiş olunub. 762024
captcha