IQNA

Texasda Quran dərsləri keçiriləcək

19:54 - March 13, 2011
Xəbər sayı: 2095110
Beynəlxalq şöbə: ABŞ-ın Texas ştatının “Karlton” İslami fondunda iyun ayında qısa müddətli Quran kursları təşkil olunacaq.
İQNA Quran agentliyinin “Bayyinah” saytına istinadən məlumatına əsasən, bir aylıq kurs ABŞ-ın “Binə” İslami Müəssisəsinin təşəbbüsü ilə keçiriləcək. Kursda Ərəb dili, Quran qiraəti və təfsiri dərsləri keçiriləcək.
Kurslar təcrübəli Quran müəllimləri tərəfindən təşkil olunacaq. Ərəb dilinin əsasları və Məryəm və Taha surələrinin qiraəti və təfsiri şagirdlərə öyrədiləcək.762637

captcha