IQNA

Kabildə Quranda hicab mövzusunda konfrans keçirilib

20:28 - March 13, 2011
Xəbər sayı: 2095124
Quran fəaliyyəti üzrə şöbə: Kabildə “Ummul-Möminin Xədicə Kubra (s)” mədrəsəsinin təşəbbüsü ilə Quranda hicab mövzusunda konfrans keçirilib.
İQNA Quran agentliyinin İslami Əlaqələr və Mədəniyyət Təşkilatına istinadən məlumatına əsasən, konfransın açılışında Quran ayələri tilavət olunub. Daha sonra Əfqanıstanın tanınmış ruhanilərindən olan Ayətullah Möhsini hicabın əhəmiyyəti və cəmiyyətdə qadının rolu haqqında çıxış edib.
Sonra Kabil universitetinin professor Haqpərəst və Əfqanıstan qadınlar birliyinin sədri Fətanə Gilani qadının şəxsiyyəti, hicab mədəniyyətinin inkişaf etdirilməsi haqqında çıxış ediblər.
Konfransın sonunda Əfqanıstanda keçirilmiş Quran surələrinin əzbər oxunması, tərtil oxunması, məqalə və kitab oxuma yarışmalarının qaliblərinə mükafatlar təqdim olunub.762787
captcha