İQNA Quran agentliyinin “journaldujura” saytına istinadən məlumatına əsasən, assosiasiya bu ölkədə yaşan bütün müsəlmanların nümayəndələrinin iştirakı ilə məclis təsis edəcək.
İsveçrə İslami Təşkilatlar Federasiyasının sədri (FOIS) Hişam Mizar bildirib ki, müsəlmanlar illərdir ki, Avropada yaşayır. “İslami Assosiasiyanın təsisindən məqsədimiz İsveçrə hökumətində hüquqi bir müəssinin rəsmiyyətə tanıtdırmaqdır”, -deyə Mizar deyib.
O əlavə edib ki, biz istəyirik İsveçrədə müsəlmanların tanıtdırılmasında rol oynayaq və assosiasiya dinlərarası sülhün yaranması üçün vasitəçi olacaq. Biz istəyirik İsveçrə xalqı arasında islamofobiya olmasın”, -deyə Mizar deyib .
Assosiasiya İsveçrədə yaşayan 400 min müsəlmanlar arasında seçkilər keçirməklə məclis təsis etmək istəyir. Bu seçkilərin 2011-ci ilin sonlarında baş tutacağı gözlənilir.
Qeyd edək ki, hazırda müsəlman qazilər və beynəlxalq hüquq ekspertlərinin iştirakı ilə komissiya “İsveçrə Müsəlman ümməti” adlananan yeni assosiasiyanın təşkili üçün lazimi araşdırmalar aparırlar. 763912