IQNA

Çad ölkəsində üşaqlar üçün Quran müsabiqəsi keçiriləcək

22:27 - March 16, 2011
Xəbər sayı: 2097159
Beynəlxalq şöbə: İSESCO-nun dəstəyi ilə Çad ölkəsində uşaqlar üçün Quranın əzbər oxunması üzrə müsabiqə təşkil olunacaq. Müsabiqə martın 18-22-nə kimi Masakuri şəhərində keçiriləcək.
İQNA Quran agentliyinin ISESCO saytına istinadən məlumatına əsasən, müsabiqənin keçirilməsindən məqsəd İSESCO-nun Quranın əzbərlənməsi sahəsində proqramlarının həyata keçirilməsidir.
Müsabiqənin keçirilməsindən digər məqsəd Çad ölkəsində uşaqları Quran əzbərləməyə maraqlandırmaq və məktəblərdə Quran öyrənilməsi rolunu artırmaqdır. Müsabiqədə 14 nəfər iştirak edir. Müsabiqənin sonunda qaliblər mükafatlandırılacaq. 764719
captcha