İQNA Quran agentliyinin ISESCO saytına istinadən məlumatına əsasən, müsabiqənin keçirilməsindən məqsəd İSESCO-nun Quranın əzbərlənməsi sahəsində proqramlarının həyata keçirilməsidir.
Müsabiqənin keçirilməsindən digər məqsəd Çad ölkəsində uşaqları Quran əzbərləməyə maraqlandırmaq və məktəblərdə Quran öyrənilməsi rolunu artırmaqdır. Müsabiqədə 14 nəfər iştirak edir. Müsabiqənin sonunda qaliblər mükafatlandırılacaq. 764719