IQNA Quran agentliyinin Azərbaycan şöbəsin məlumatına əsasən, Hacı Əlikram Əliyev uzun sürən xəstəlikdən sonra bu gün saat 17.00 radələrində yaşadığı Sabunçu rayonu Nardaran qəsəbəsindəki evində dünyasını dəyişib.
Əliyev bir neçə ildir şəkər, təzyiq və digər xəstəliklərdən əziyyət çəkirmiş. Mərhum sabah Nardaran qəbiristanlığında dəfn olunacaq.
Qeyd edək ki, Əliyev Əlikram İsmayıl oğlu 1940-cı ildə Bakı şəhərində anadan olub. 1996-cı ilin mayında Cinayət Məcəlləsinin 57-ci maddəsi ilə həbs olunub (köhnə redaksiya “vətənə xəyanət”), 1999-cu ildə azadlığa buraxılıb. O, 2002-ci ildə Nardaran qəsəbəsindəki hadisələr zamanı fəallıq göstərib, 6 il müddətinə azadlıqdan məhrum edilib, lakin 2003-cü ildə azadlığa buraxılıb. Azərbaycan İslam Partiyasının ilk sədri olub.