IQNA

Azərbaycanlı ruhani-tələbələr gömrükdə saxlanılıblar

20:29 - March 27, 2011
Xəbər sayı: 2098384
Siyasi və ictimai şöbə: Qumda dini təhsil alan Azərbaycanlı tələbələr Astara gömrük-keçid məntəqəsindən Azərbaycana keçmək istəyərkən gömrük polisi tərəfindən saxlanılıb
İQNA Quran agentliyinin məlumatına əsasən, dünyanın ikin ən böyük şiələr yaşayan ölkəsi Azərbaycanda dini məktəblərin fəaliyyəti qadağan olduğu üçün məcburən İrandaə dini təhsil alan 40-a yaxın ruhani-tələbə vətənlərinə qayıdarkən gömrük polisi tərəfindən saxlanılıb.
Novruz bayramı münasibətlə tətili vətəndə keçirmək qərarına gəlmiş ruhani-tələbələrin ailələri məntəqədən buraxılıb, özləri isə məntəqədə saxlanılıb. Onlar bir neçə saat gömrük məntəqəsində saxlanıldıqdan sonra azadlığa buraxılıblar.766403
captcha