İQNA Quran agentliyinin Azərbaycan şöbəsinin məlumatına əsasən, Azərbaycan İslam Partiyasının sədri Elçin Manafov, Allah dininə qarşı uzanan xəyanətkar əllərlə mübarizə aparmaq üçün yaradandan yardım istədiyini və şükr etdiyini bildirib. “Biz bu problemlərin həll olunması istiqamətində ölənə qədər mübarizəmizi davam etdirməyə hazırıq ki, üzərimizdə olan bu qara ləkə götürülsün", - Manafov deyib.
O əlavə edib ki, hicab qadağasının ləğvi yolunda şəhid olmaq bizim üçün izzət və şərfdir və hicab qadağasının ləğv olunması, dindarların azadlığa buraxılması və islami televiziyanın təsis olunması İslamçı qüvvələrin üç istəyidir
Manafov deyib ki, bu günlər bayram günləri olsada bizim üçün qəmli günlərdir. Hicablı övladlarımızın hüquqları tapdalanır və dindarlar heç bir günahı olmadan həbsxanalara salınır.
Manafov əlavə edib ki, biz indiyə kimi səbr edirdik ki, bəlkə problem həll olunacaq. Ümid edirdik onlar bizim səbrimizə görə problemi həll edəcəklər lakin təssüflər olsun ki, onlar bizim sükutumuzdan sui-istifadə etdilər və vəziyyət getdikcə ağırlaşır.
O deyib ki, Gəncə şəhərində dindarlara təzyiqlər hər gün artır. “Biz AİP olaraq öz haqqlarımızı tələb etmək üçün mitinq keçirəcəyik . Bu bizim öz konstitusion hüququmuzdur. Ümid edirdik ki, bayrama qədər bütün problemlər həll olunar. Lakin heç nə dəyişmədi. Biz yenə də ümidimiz itirməmişik. Ola bilsin mitinq təyin olunan günə qədər problemlərimiz həll oluncaq və mitinqə ehtiyac olmayacaq. Biz bu problemlərin həll olunması istiqamətində ölənə qədər mübarizəmizi davam etdirməyə hazırıq ki, üzərimizdə olan bu qara ləkə götürülsün", -deyə Manafov deyib. 766204