İQNA Quran Xəbər Agentliyinin məlumatına görə bu barədə İslam-Azeri.az saytına Məşhədi Natiq açıqlama verib. O bildirib ki,“Dini şüarların ləğvinə imkan verməyəcəyik!”
M. Natiq bu cür mesaj yayanları sərt tənqid edərək deyib: “O kəslər ki, şüarlar yazırlar, sonra arxasında durmurlar daha yaxşı olar şüarları, hədisləri yazmasınlar.
Nardarana gəlincə isə, kəndimiz bu şüarları və hədisləri divarlara yazıb və arxasında duracaqlar. Əgər bacarırlar gəlib bu yazıların bir xəttini silsinlər. Əmin ola bilərsiniz ki, bu Nardaranda baş tutmayıb və tutmayacaqdır.
Nardaran neçə illərdir ki, bu cür məsələlərdən çıxıb. Nardaranda bütün İmamların adına meydanlar var. Biz abadlıq işləri görürük. Bu bizim öz hesabımıza edilir. Müsəlmanlar arxayın olsunlar ki, bu şeylər Nardaranda baş tutmayacaq”.
766906