İqna Beynəlxalq Quran Xəbər Agentliyinin İslami əlaqələr və mədəniyyət şöbəsinə istinadən verdiyi məlumata görə, bu münasibətlə İranın Ankaradakı səfirliyinin mədəniyyət mərkəzinin sədri Xələc Monfərid Novruzun İran xalqı və eləcə də Türk xalqı və digər xalqların yanında olan əhəmiyyətindən danışıb. O Türk padşahları o cümlədən birinci Səlim şahın Novruz haqda yazdığı şerdə olan mühüm detalları açıqlayıb.
Fars ədəbiyyatı üzrə professor Vusaqəti Calal Türk ədəbiyyatında Novruz bayramının mahiyyətindən danışaraq mərhum Azərbaycan şairi Məhəmmədhüseyn Şəhriyarın Heydər Baba şerindən əsaslar gətirib.
Qeyd edək ki bu tədbirdə İranlı mədəniyyət xadimləri o cümlədən Abbas Mohibbi və Azadə Aliyaqub da iştirak ediblər. Tədbirdə 7 sin süfrəsi də açılıb. 767099