IQNA

Səudiyyə Ərəbistanda Qurana hörmətsizlik əhalini qəzəbləndirib

22:38 - March 30, 2011
Xəbər sayı: 2099222
Beynəlxalq şöbə: Səudiyyə Ərəbistanın Taif əyalətində zibillikdə 200 nüsxə Quranın tapılması xəbəri ölkə vətəndaşlarını qəzəbləndirib.
İQNA Quran agentliyi “arabianbusiness” saytına istinadən məlumat verir ki, Səudiyyə Ərəbistanın “əmr be məruf və nəhy əz münkər” şura üzvləri ötən gün Taif əyalətində zibillikdə 200-dən çox Quran nüsxəsinin tapıldığını məlumat verib. Bu xəbərin yayımlanması ölkə vətəndaşlarının qəzəblənməsinə səbəb olub.
Şura üzvlərindən biri həmin Quranların Taifin orta məktəblərinin birinə aid olduğunu bildirib. Əmr be məruf və nəhy əz münkər şurası həmin Quranların zibillikdə tapılması ilə bağlı akt tərtib edib Təhsil Nazirliyinin Tairf əyalətinin Təhsil şöbəsinə göndərəcək və fakt araşdırılacaq.
Qeyd edək ki, Taif əyalətinin mərkəzi zibilxanasında tapılan Quran nüsxələri, Quranın 30-cü cüzünün məktəblərdə tədrisi üçün çap olunmuş cüzvələri, ibtidayi siniflər üçün Quranı oxuma və Quran kitabları olub. Quranların birinin üzərində Taifin məktəblərinin birinin şagirdlərinin adı yazılıb. 767256
captcha