İQNA Quran agentliyinin “Saphirnews”saytına istinadən məlumatına əsasən, kurslar Tourcoing şəhərinin Sunna məscidində təşkil olunur. Kurslar şəhərin üç Katolik kilsə məktəbinin müəllimlərinin istəyi ilə təşkil olunub.
Kursda iştirak edən müəllimlərdən biri bu haqda bildirib ki, Katolik məktəblərində müsəlman şagirdlər də təhsil alır bu səbəbdən Katolik müəllimlərin İslam dini ilə tanışlığı zəruridir.
O həmçinin deyib kİ, bizim İslam dinin əsasları ilə tanışlığımız dinlər və mədəniyyətlərarası dialoqun gücləndirilməsi istiqamətində atılmış addımlardan biridir.767876