İQNA Quran agentliyinin Hindistan şöbəsinin məlumatına əsasən, Hindistanın Cəlalpur şəhərinin imam cüməsi höccətül-islam Səid Həsən Rizayi bildirib ki, mitinq yerli vaxtla saat 10-da başlayıb. Mitinqdə minlərlə insan iştirak edib.
Mitinq iştirakçıları Bəhreyn hökumətinin cinayətlərini pisləyib xalq hərəkatını dəstəkləyiblər. Mitinq iştirakçıları sonda Əkbərpur şəhər icra hakimiyyətinə məktub gondəriblər və regionun müsəlmanları və ruhanilərinin mövqeyini Bəhreyn hadisələri ilə bağlı açıqlayıblar. Onlar Hindistan hökumətindən Bəhreyndə müsəlmanların qətliamının dayandırılması istiqamətində səylər göstərməyə dəvət ediblər. 768250