IQNA

İranda təhsil alan əcnəbi tələbələr Tehranda mitinq keçirəcək

23:44 - April 05, 2011
Xəbər sayı: 2101193
Siyasi və ictimai şöbə: İranda təhsil alan əcnəbi tələbələr Bəhreyndə baş verən cinayətlərə etiraz əlaməti olaraq aprelin 7-də Tehranda BMT və İKT-nin ofisləri qarşısında etiraz mitinqləri keçirəcəklər.
Fiqh Ali Təhsil Kompleksinin mətbuat xdimətinin rəhbəri Darab Səlacqə İQNA Quran agentliyinə müsahibəsində bildirib ki, Camiətul-Mustafa (s) Universitetində dini təhsil alan əcnəbi tələbələr və ümumiyyətlə Qum şəhərində yaşayan əcnəbi tələbələr aprelin 7-də Tehranda BMT və İKT ofisinin qarşısında etiraz mitinqi təşkil edəcəklər.
“Əcnəbi tələbələrin karvanı aprelin 7-də yerli vaxtla saat 6-da Qum şəhərindən Tehrana hərəkət edəcək. Onların etiraz mitinqi həmin gün günortadan sonra BMT və İKT ofislərinin qarşısında keçiriləcək”, -deyə Səlacqə deyib.
O əlavə edib ki, əcnəbi tələbələr şüarlar səsləndirəcək, tumar imzalayacaq və Al-Səud, Al-Xəlifə və onları dətəkləyən ABŞ və İSrailin cinayətlərini pisləyəcək bəyanatı yayımlayacaqlar. Tələbələr həmçinin Bəhreyn xalqının başına gələnləri yaxşı işıqlandırmadığı üçün ƏL-Cəzirə kanalının Tehran ofisinin qarşısında da etiraz mitinqi keçirəcəklər.
Qeyd edək ki, aprelin 6-da İranda bütün dini təhsil mərkəzləri tətil olunub və həmin mərkəzlərin tələbə və ruhaniləri Bəhreyn xalqına qarşı törədilən cinayətləri tənqid etmək üçün mitinqlər keçirəcək. 769313
captcha