IQNA

Albaniyada ilk İslam universiteti faəliyyətə başlayıb

10:12 - April 07, 2011
Xəbər sayı: 2101933
Siyasi və ictimai şöbə: Albaniyanın paytaxtı Tiranada ilk İslam universiteti fəaliyyətə başlayıb. Universitetin rəsmi açılış mərasimində Albaniya rəsmiləri, universitet müəllimləri, ziyalılar və tələbələr iştirak ediblər.
İQNA Quran agentliyinin Balkan regionu üzrə şöbəsinin məlumatına əsasən, Universitetdə İslami hüquq, yeni elmlər, elmi araşdırmalar, mədəni və dini dialoq və islami elmlər üzrə dərslər keçiriləcək.
Universitetdə həmçinin İngilis dili, Ərəb dili, Türk dili və Alban dili üzrə fakültələr fəaliyyət göstərəck.
Qeyd edək ki, Albaniyada inidyədək məscidlərdə fəaliyyət göstərmək üçün ruhanilər, imam camaatlar ali təhsi almaq üçün Türkiyə, Misir, Suriya, Livan, Liviya və Səudiyyə Ərəbistana göndərilirdi. Albaniyada İslam universitetinin fəaliyyəti ilə dini təhsil almaq istəyən tələbələr üçün əlverişli şərait yaradılıb. 770021
captcha