IQNA

Malayzada “İslam qanunlarının araşdırılması” mövzusunda konfrans keçirilib

15:58 - April 07, 2011
Xəbər sayı: 2102027
Beynəlxalq şöbə: Malayzanın Kuala Lumpur əhərində “İslam qanunlarının araşdırılması” mövzusunda aprelin 6-da konfrans keçirilib.
İQNA Quran agentlyinin “Bernama” xəbər saytına istinadən məlumatına əsasən, iki günlük konfransda məhkəmə sisteminin İslam şəriəti qanunlarına uyğun təkmilləşdirilməsi məsələləri müzakirə olunacaq.
Konfransda çıxış edən Malayzanın İslami işlər naziri Cəmil Xəyyir Baharom deyib ki, konfransda Malayzanın dövlət rəsmiləri və İslami İnkişaf Təşkilatının nümayəndələri iştirak edir. Onlar məhkəmə sisteminin qarşısındakı problemlər və sistemin İslam şəriəti qanunların uyğun inkişaf etdirilməsi yollarını araşdırır. 769884
captcha