İQNA Quran agentliyinin “İslam Today” saytına istinadən məlumatına əsasən, Albaniya Müsəlmanlar İdarəsinin rəisi Haşim Səlim Muka İslam Universitetin açılış mərasimində çıxışı zamanı bildirib ki, İslam dini elm və iman dinidir və İslam elm öyrənməyi daima sifariş edir.
O əlavə edib ki, bu universitetin açılışı gənc nəsil arasında islami biliyin artırılmasına töhfə verəcək və onların elmlənməsinə əlverişli şərit yaradacaq.
Albaniyanın Baş naziri Sali Beriş İslam Universitetinin açılış mərasimində çıxışı zamanı bildirib ki, universitet milli birliyə və ölkənin elbi baxımdan inkişafına kömək edəcək.
İslam Universitetinin tikintisi 2005-ci ildə başlanmışdı. Universitetdə Albaniya məscidlərinvə və məktəblərində imam camaatların və dini tədris müəllimlərinin tərbiyyə olunması nəzərdə tutulur.771551